Muxtar respublikada görülən sosial dəstək tədbirləri


10:45     15 May 2020 naxcivan%20ehali.jpg

"Karantin dövründə muxtar respublikada yaşı 65-i keçən tənha yaşayan ahılların evlərinə həftədə iki dəfə sosial könüllülərin ziyarətləri təşkil olunub, ümumilikdə 641 nəfərə sosial xidmət göstərilib. Verilən tapşırığa uyğun olaraq cari ilin mart-aprel aylarında Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan tənha ahıl, ünvanlı dövlət sosial yardımı alan, çoxuşaqlı ailə və xüsusi qayğıya ehtiyacı olan 1620 nəfərə ərzaq payları verilib".

Femida.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev deyib.

Nazir bildirib ki, muxtar respublikada təhsil alan və pandemiya səbəbindən ölkələrinə gedə bilməyən 164 əcnəbi tələbəyə ərzaq təqdim olunub:

"Karantin dövründə muxtar respublika üzrə 412 ailənin 1839 ailə üzvünə ünvanlı dövlət sosial yardımı verilib, 17 ailəyə ünvanlı dövlət sosial yardımının verilmə müddəti uzadılıb. 790 obyektdə monitorinq aparılıb, 383 obyektdə işçilərin özhesabına məzuniyyətə buraxılmasının qarşısı alınıb. Həmçinin, karantin dövründə Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilməyən şəxslərə səyyar xidmətlər göstərilib, 110 sağlamlıq imkanları məhdud şəxsə 133 texniki reabilitasiya vasitələri verilib, 120 nəfərə protez-ortopedik xidməti göstərilib. Sosial qayğıya ehtiyacı olan 87 ailənin özünüməşğulluğu təmin edilib. Eyni zamanda karantin dövründə məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olan şəxslərə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi prosesi davam etdirilib, bu məqsədlə 1600 nəfərə 190 manat məbləğində birdəfəlik ödəmə təyin olunub".

Femida.az

Açar sözlər:

Oxunub: 801