Axtarışda olan 36 nəfər saxlanıldı


11:50     15 May 2020 2020/02/din_yeni12_1580995028.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 663