ANS ATV-ni Mətanətlə “vurdu”


20:39     22 May 2015 1431073131_4qjn5g9a7k4t.jpg

Son zamanlar ANS-ATV münasibətləri son həddə çatıb


Bakıda baş vermiş yanğın və faciəsinin nəticələri cəmiyyətdə əsas mövzu obyekti oldu.Təbii ki, KİV- bu müzakirələrin mərkəzində dayanır. Dünən gün boyu sosial şəbəkələrdə ATV-nin aparıcısı Mətanət Əliverdiyavanın faciə ilə bağlı dediyi “bir filmdir, oldu keçdi” kəlməsi az qala şüar kimi bütün sosial şəbəkə iştirakçılarının və informasiya portallarının əsas mövzusu oldu.

Məsələdən məlumatı olan da yazdı, olmayanda.
Hətta iş o yerə çatdı ki, məsələylə bağlı rəsmi açıqlamalar da gəldi. Sanki kimlərsə bundan istifadə edib ya Mətanətdən, ya da ATV-dən qisas alırdı. Təbii ki, belə bir fəryad dolu günlərdə insanların mənliyinə toxuna biləcək ifadələri işlətmək yolverilməzdir, xüsusilə söhbət efirdən gedirsə...

Gün ərzində qeyd etdiyim müzakirələrə son nöqtəni, bəlkə də günün məsələylə bağlı damğanı ANS-in müxbiri Ləman Ələşrəfqızı qoydu.

Düzünü desəm sujet efirə gedən zaman eşitdiklərimə inana bilmədim. Danışan xanım hər zaman hörmət etdiyim müxbir Ləman Ələşrəfqızı, haqqında danışılan isə bir vaxtlar ANS-in çox sevilən xəbər aparıcısı, ancaq bu gün daha çox “şpaqat” və “ tüpürmək” olayı ilə yadda qalan Mətanət Əliverdiyevadır.Sujet elə ilk baxışdan nəyə hesablandığını göstərirdi.Ləman Ələşrəfqızı ilk dəqiqələrdən Mətanətin ANS-in “yetirməsi” olduğunu vurğulayır və dərhal da qonşu kanala keçən kimi 180 dərəcə dəyişdiyini vurğulayır. Hətta o Mətanətlə “köhnə dost” olduquna da eyham vurur.Bu onların öz işləridir.İstər dost olsun , istərsə də düşmən.Tamaşaçını maraqlandıran və görmək istədikləri başqadır.Efirdə “şpaqat” açmaq, “şıllaq atmaq” kimi hərəkətlər bizim nə mentalitetə, nə də bu günki günümüzə yaraşmır. Mətanət xanım ola bilər ki, idmana meyilli qadındır, ancaq bunu idman zallarında etsə daha effektli olar...nəinki efirdə. Bəli Ləman Ələşrəfqızının da qeyd etdiyi kimi, bu elin gözü tərzidir...Bəzilərinin linzalı gözlərindən fərqli olaraq...Xalq ağı qaradan seçə bilir. Məlum sujetdən sonra qarşı tərəf sanki cavab atəşi ilə çıxış etdi.Bir sıra əməkdaşlar sosial şəbəkələrdə hətta təhqirdən belə çəkinmədi.Ancaq heç nə dəyişmədi.

Sosial şəbəkələrdə yazırlar ki, ANS-ATV-dən Xoşqədəmin qisasını alır və ona əzələ göstərir.Mənim mövqeyim tam fərqlidir.Kim kimə nə göstərirsə öz işidir.Ancaq millətin və qəlbi yaralı insanların mövzusu üzərində şou yaratmağın nəinki əleyhinəyəm, hətta o insanlara qarşı düşmən mövqeyindəyəm.Belə getsə, bu ANS-ATV gərişməsi hələ çox su aparacaq...

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1408