Xaricdən gələn maşında dərman və sursat tapıldı


12:22     15 May 2020 2020/05/C0660263-6C72-4297-94B3-95048B8350A7_1589531346.jpeg

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Actros" markalı yük avtomobili "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Femida.az-a daxil olan məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin salonunda, yataq yerinin altında, sağ və sol baqajlarında gizlədilən 1890 qutu müxtəlif adda dərman preparatları və pnevmatik tapança üçün 50 ədəd patron aşkarlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 733