Bakıda kişinin çantasını oğurlayan şəxs saxlanıldı


12:32     15 May 2020 hebs_58.jpg

Paytaxtda oğurluq edən şəxs tutulub.

Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da paytaxt sakini S.Əliyevin içərisində 2000 manat dəyərində noutbuk, qol saatı, kitablar və 2 ədəd fləşkart olan çantasını oğurlamaqda şübhəli bilinən S.Rüstəmov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 449