Azərbaycanlı vitse-prezidentlər BP-də daha yüksək vəzifələrə təyin olunub - FOTO


13:52     15 May 2020 20_05_15_1589536436.jpg

BP şirkətinin qlobal strukturunda etdiyi dəyişikliklərin bir hissəsi olaraq bir sıra yüksək vəzifəli Azərbaycanlı kadrlar şirkətdə yeni daha yüksək vəzifələrə təyin olunublar.

Bu barədə Femida.az-A “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Məlumata əsasən, hazırda şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti olan Nərminə Nəbiyeva BP-nin London ofisində dəstək funksiyaları, strategiya və davamlılıq, regionlar, şəhərlər və həllər bölümlərinin insanlar və korporativ mədəniyyət üzrə baş vitse-prezidenti vəzifəsinə təyin olunub.

“Eyni zamanda, hazırda regionun əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli daha geniş coğrafiyada kommunikasiya və təşviqat üzrə məsələlərə rəhbərlik edəcək. Bəxtiyar Aslanbəylinin yeni vəzifəsi Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidentdir. Bu ölkələrə Azərbaycan, Gürcüstan, Türkiyə, İraq, Oman, Küveyt və BƏƏ daxildir”, - məlumatda qeyd edilir.

Qeyd edək ki, hər iki vitse-prezident yeni vəzifələrinin icrasına bu ilin iyulun 1-dən başlayacaq.

“Nərminə və Bəxtiyar bizim regionun rəhbər komandasında biznesimizin uğuruna böyük töhfələr vermiş yüksək vəzifəli kadrlardır. Biz onları yeni daha məsuliyyətli vəzifələrdə görməkdən çox məmnunuq. Bu bir daha onu göstərir ki, Azərbaycanlı peşəkarlara qlobal şirkətlərdə beynəlxalq səviyyəli kadrlar kimi tələbat var. Hər iki həmkarımıza BP-dəki yeni vəzifələrində uğurlar diləyirik”, - BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns qeyd edib.






Açar sözlər:

Oxunub: 745