İranda son sutkada koronavirusdan 48 nəfər ölüb


14:17     15 May 2020 20_05_15_1589537920.jpg

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 48 nəfər vəfat edib.

Femida.az -un xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 6902 nəfərə çatıb.

İranda son sutkada 2102 yoluxma faktı qeydə alınıb və indiyə kimi koronavirusa yoluxanların sayı 116 635 nəfərə çatıb.

91836 nəfər xəstəlikdən sağalıb.

Hazırda virus daşıyıcısı olan 2727 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Açar sözlər:

Oxunub: 684