Avstriya Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb


14:56     15 May 2020 20_05_15_1589540268.jpg

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Femida.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

COVID-19 pandemiyası ilə bağlı bu çətin zamanda yaranmış xoş fürsətdən istifadə edərək, şəxsən Sizə əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və firavan gələcək dolu ən gözəl arzularımı çatdırıram”.

Açar sözlər:

Oxunub: 661