Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadılmayacaq


15:16     15 May 2020 20_05_15_1589541455.jpg

Gürcüstanda fövqəladə vəziyyət rejiminin vaxtı uzadılmayacaq.

Femida.az xəbər verir ki, bu barədə Baş Nazir Giorgi Qaxaria bildirib. Onun sözlərinə görə, ölkədə epidemioloji durum mayın 22-də başa çatacaq fövqəladə vəziyyət rejiminin uzadılmamasına imkan verir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq martın 21-də Gürcüstanda bir ay müddətinə fövqəladə vəziyyət elan edilib. Ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq aprelin 21-də isə fövqəladə vəziyyət rejiminin vaxtı mayın 22-dək uzadılıb.

Açar sözlər:

Oxunub: 726