TƏBİB: Karantin rejimi ilin sonunadək davam edəcək


18:18     15 May 2020 20_05_15_1589554273.jpg


"Bu ilin sonuna qədər ölkədə karantin rejimi davam edəcək".

Femida.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, xüsusi karantin rejimindən mərhələli şəkildə çıxmaq ehtimalı ola bilər: "Bu yükün artması və yumşalma prosesi vətəndaşların sosial məsuliyyətindən asılıdır. Virusla yaşamağa öyrəşməliyik. İlin sonuna kimi vəziyyət belə olacaq".

Femida.az

Açar sözlər: #karantin  

Oxunub: 1053