Bu yay çimərliklər açılacaqmı? - Rəsmi cavab


20:01     15 May 2020 cimerlik9.jpg

Çimərliklərin açılması ilə bağlı qərarın verilməsi koronavirusa yoluxmanın səviyyəsindən və statistikadan asılıdır.

Femida.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, yumşalma prosesində vəziyyət idarəolunan səviyyədə olarsa, mütəxəssislərin rəyi ilə buna baxıla bilər.

TƏBİB sədri Ramin Bayramlı isə bildirib ki, bulvarda və parklarda əsas məsələ 10 nəfərdən artıq insanın bir yerə toplaşmaması və sosial məsafənin qorunmasıdır.

"Müvafiq qurumlar nəzarəti gücləndirəcək. Daxili mühafizə xidməti və polis nəzarəti ilə qaydalara ciddi riayət ediləcək".

Femida.az

Açar sözlər: #çimərlik  

Oxunub: 1597