Azərbaycanda may ayı üzrə bütün pensiyalar ödənilib
20:51 15 May 2020
1 268 090 (o cümlədən, yaşı 65 və yuxarı olan 646 150) pensiyaçıdan Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası qeydiyyatında olan 408 490 (o cümlədən, yaşı 65 və yuxarı olan 213 137) pensiyaçıya əmək pensiyası 6-8 may tarixlərində ödənilib.
Femida.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
Onun sözlərinə görə, respublikanın digər şəhər və rayonları, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə 859 600 (o cümlədən, yaşı 65 və yuxarı olan 433 013) pensiyaçının pensiyası isə mayın 15-də onların bank hesablarına köçürülüb.
Femida.az
Oxunub: 1332
Oxşar xəbərlər
- Artıq ödənilmiş əmək pensiyasının pensiyaçıdan tutulacağı hallar müəyyənləşir
- Pensiyalar ödənilir
- İyul ayının pensiyaları tam ödənilib
- Pensiyalar iyulun 15-də tam ödəniləcək
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq – Prezident Qanunu təsdiqlədi
- Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Pensiyalar sabah tam ödəniləcək
- Pensiya və təqaüd alanlara sevindirici xəbər - Bu qədər arta bilər - VİDEO
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib