Davudoğlunun Bakı səfəri başa çatdı


20:20     04 Dekabr 2015 041220151334363018003_2.jpg

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 4-də başa çatıb.


Femida.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunu və xanımı Sare Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.

Femida.az

Açar sözlər:

Oxunub: 986