Rafiq Manaflı Milli Şuradan getdi


09:13     16 May 2020 20_05_16_1589606037.jpg

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuradan istefa verib.

Femida.az xəbər verir ki, bu barədə R.Manaflı “Facebook” hesabında məlumat paylaşıb.

"Milli Şuranı tərk etdiyimi bəyan edirəm", - deyə R.Manaflı əlavə açıqlama verməyəcəyini bildirib.

Qeyd edək ki, Milli Şuranın Koordinasiya Mərkəzinin onlayn iclasında səsləndirilən ifadələr qalmaqala səbəb olub. Məlum hadisə ilə əlaqədar ötən gün Eldəniz Quliyev MŞ-dan getdiyini bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 506