Ötən il Azərbaycanda təhsilə 2,5 milyard manat xərclənib


10:58     16 May 2020 odenisli%20tehsil.jpg

2019-cu il üzrə Azərbaycanın təhsil xərcləri məlum olub.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (294,1 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə təhsil xərclərinə 2,5 milyard manat sərf edilib.

Femida.az xəbər verir ki, bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.

Qeyd edək ki, bu ümumi dövlət büdcəsi xərclərinin 10 faizindən çoxdur.

Femida.az

Açar sözlər: #təhsil   #büdcə  

Oxunub: 764