Qaçqın və məcburi köçkünlər üçün yarım milyarda yaxın vəsait xərclənib


11:31     16 May 2020 1420399378_pul-manat-cenubnews.jpg


2019-cu ildə qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən 494 milyon manatdan çox vəsait ayrılıb.

Femida.az-ın məlumatına görə, bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.

Bu məbləğ qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, habelə onların bir qisminin istifadə etdikləri kommunal xidmət haqlarının dövlət büdcəsi hesabına ödənilməsi üçün sərf edilib.

Femida.az

Açar sözlər: #qaçqın   #sosial  

Oxunub: 462