Nazirlik: Bu il yaşa görə 11 200 nəfərə müavinət təyin olunub
13:13 16 May 2020
Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi Qanunla 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşının pensiya yaşı ilə eyniləşdirilməsi sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsinə imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 11 min 200 şəxsə yeni qanunvericilik əsasında bu il yaşa görə müavinət təyin olunub.
“Beləliklə, həmin vətəndaşlar yaşa görə müavinət hüququ qazanmaq üçün əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərinə (qadınlar üçün 62, kişilər üçün 67 yaşı) çatmalarını gözləmədən onlara aylıq sosial ödəniş təyin olunub.
Ümumilikdə, bu ilin 1 may tarixinə ötən ilin müvafiq dövrünə nisbətən 33 min 500 nəfər və ya 55,4 faiz çox olmaqla 94 mindən çox şəxs yaşa görə müavinət alır”, - deyə məlumatda qeyd olunub.
Femida.az
Oxunub: 710
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"