Təhsil Nazirliyindən xeyriyyə aksiyası


13:43     16 May 2020 2020/05/4ECCDE37-173A-4717-AF8C-D80EE95950C2_1589623131.jpeg

Mayın 16-da Təhsil Nazirliyinin əməkdaşları Bakı şəhəri Nəsimi rayonunda yerləşən 156 və 146 nömrəli uşaq bağçalarında məskunlaşmış 32 məcburi köçkün ailəsinə ərzaq yardımı edib. Əlavə olaraq isə daha 8 aztəminatlı ailəyə də yardım paylanılıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir. Yardım aksiyası davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1393