İranda idman yarışları bərpa olunur


16:20     16 May 2020 2020/05/635994DC-4D4E-445C-8D5E-133A8AC0C268_1589631784.jpeg

İranda idman yarışlarının tamaşaçısız keçirilməsi planlaşdırılır.

Femida.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani koronavirusla mübarizə çərçivəsində yaradılan qərargahın iclasında deyib.

Ruhani qeyd edib ki, iyunun 6-dan etibarən universitetlərin fəaliyyəti bərpa ediləcək. İdman yarışları isə tibbi qaydalara uyğun olaraq izləyicisiz keçiriləcək.

Qeyd edək ki, İranda koronavirusa yoluxanların ümumi sayı 118 392 nəfərdir. Son sutka ərzində pandemiya qurbanlarının sayı 35 nəfər artaraq 6937-yə çatıb. İndiyədək 93 147 xəstə sağalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 688