Oğurluq edən şəxslər tutuldu


16:34     16 May 2020 2020/05/3005F1AA-9559-4DBD-8D08-97D7E14155AD_1589631959.jpeg

Paytaxtda və Abşeron rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ramana qəsəbəsində iki “Mercedes” markalı avtomobilin təkərlərini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Səfərov yaxalanıb.

Abşeron rayon ərazisində evdən təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mirzəyev və Sumqayıt şəhər sakini V.Həsənov DİN-in Baş Cinayət Axtarışı İdarəsi və rayon polis idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 693