Dövlət Agentliyi vətəndaşlara müraciət edib


18:45     16 May 2020 20_05_16_1589640407.jpg

“18 may tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu yenə də əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək”.

Femida.az -ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.

E. Niftəliyev vətəndaşlara müraciət edərək qeyd edib ki, növbə tutmaq üçün "ASAN xidmət" mobil təbiqi "IOS" və "Android" əməliyyat sistemlərindən yüklənilir: “Eyni zamanda www.asan.gov.az saytındakı "Onlayn növbə" funksional bölməsi vasitəsi ilə və 108 Çağrı Mərkəzinə zəng etməklə növbə götürülə bilər. Bir daha hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq".

Açar sözlər:

Oxunub: 698