Dünyada koronavirusdan ölənlərin sayı 313 mini ötdü


09:28     17 May 2020 20_05_17_1589693376.jpg

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 721 min 851 nəfərə çatıb.

Femida.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 313 min 360 nəfərdir. İndiyədək 1 milyon 812 min 164 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 557