İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator parlamentdə çıxış edəcək
10:47 17 May 2020
Sabah Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclası keçiriləcək.
Femida.az-ın məlumatına görə, birgə iclas zamanı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.
Mayın 18-də keçiriləcək komitələrin birgə iclasına Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov çıxış edəcək.
Həmçinin, mayın 19-da keçiriləcək parlamentin plenar iclasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator Seyfulla Əzimov iştirak edəcək.
Femida.az
Oxunub: 670