FHN liftdə qalan beş nəfəri xilas etdi


10:59     17 May 2020 20_05_17_1589698892.jpg


Bakıda liftdə qalan beş nəfər xilas edilib.


Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Qaradağ rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Femida.az

Açar sözlər: #FHN   #lift  

Oxunub: 571