Ermənistanda koronavirusa yoluxanların sayı 4500-ə yaxınlaşır


11:16     17 May 2020 20_05_17_1589699814.jpg


Ermənistanda koronavirusa yoluxanların sayı 4472 nəfərə çatıb.

Femida.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, son sutkada daha 189 yeni yoluxma halı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 60 nəfərdir, indiyədək 1925 xəstə sağalaraq evə buraxılıb.

Xatırladaq ki, ötən gün Ermənistanda ümumi yoluxma hallarının sayı 4283 nəfər idi.

Femida.az

Açar sözlər:

Oxunub: 501