Çin səfiri evində ölü tapıldı


12:07     17 May 2020 20_05_17_1589702520.jpg

Çinin İsraildəki səfiri Du Vey mayın 17-də səhər saatlarında evində ölü vəziyyətdə tapılıb.

Azvision.az “Jerusalem Post”a istinadən xəbər verir ki, 58 yaşlı diplomatın ölümünü XİN-in rəsmi nümayəndəsi təsdiqləyib.

Səfirin ölüm səbəbi hələlik müəyyən edilməyib, polis hazırda onun evində araşdırma aparır.

Məlumata görə, diplomat martın əvvəlində İsrailə gəlib və evdə iki həftəlik özünütəcrid rejimində qalıb.

Açar sözlər:

Oxunub: 535