“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
14:12 17 May 2020
Ötən gecədən müşahidə edilən güclü külək paytaxt Bakıda və bəzi regionlarda elektrik təsərüffatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.
ASC-dən Femida.az-a verilən məlumata görə, 2-ci Zabrat qəsəbəsində Maştağa yoluna çıxan xəttin üzərinə ağac aşaraq 0,4 kV-luq ÖİN kabel xətlərini zədələyib. Ən çox ziyan Şimal RETSİ-nin ərazisində qeydə alınıb. Külək Quba, Qusar və Xaçmaz rayonlarında elektrik xətlərinə ciddi ziyan vurub.
Bir neçə ərazidə ağaclar elektrik xətlərinin üzərinə aşıb. Quba şəhərində külək 5 mərtəbəli binanın damını elektrik xəttinin üzərinə aşırıb. Qəza baş verən ərazilərə əlavə mal-material göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.
"Azərişıq" ASC abonentlərindən xahiş edir ki, baş verən qəza və açılmalarla bağlı dərhal "Azərişıq" ASC-nin 199 saylı çağrı mərkəzinə məlumat versinlər.
Femida.az
Oxunub: 531
Oxşar xəbərlər
- “Azərişıq” ASC-yə məxsus 9250 manatlıq naqil oğurlanıb
- “Azərişıq” ASC-nin sabiq əməkdaşlarına cinayət işi açılıb
- “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub
- “Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
- “Azərişıq” ASC-nin sabiq əməkdaşı həbs edilib
- “Azərişıq” ASC-nin əməkdaşlarını güllələyən şəxsə ağır cəza verilib
- “Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
- “Azərişıq” sahibkarlara müraciət edib
- “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
- “Azərişıq” əməkdaşı Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub