Qazaxda baş verən qəzada 2 nəfər xəsarət alıb


16:17     17 May 2020 qeza_yeni.jpg

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.

Belə ki, hərəkətə olan iki minik maşını toqquşub. Qəza zamanı avtomobillərin birində olan sərnişinlər 1956-cı il təvəllüdlü Qəhrəmanova Şəfiqə Kərim qızı və 1966-cı il təvəllüdlü Qəhrəmanova Cəmilə Kərim qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 848