FHN barmağı boruda qalan şəxsin köməyinə çatdı


16:40     17 May 2020 2020/05/99DC7DA9-F5BC-4B2E-B3C7-F88223616D8E_1589719969.jpeg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin barmağının hamam vannasının borusunda sıxılaraq qalması barədə məlumat daxil olub.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 880