Azərbaycanda koronavirusdan sağalanların sayı 2 mini keçdi


18:50     17 May 2020 2020/03/koronavirus_1585572132.jpg

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 3 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1 220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Açar sözlər:

Oxunub: 807