Şəmkirdə kafedə yanğın olub, qaz balonu anidən alışıb


19:54     17 May 2020 20_05_17_1589730925.jpg

Şəmkirdə kafe yanıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Şəmkir rayonunda ümumi sahəsi 124 m² olan kafenin mətbəxində birinin həcmi 10 litr və digərinin həcmi 25 litr olan 2 ədəd məişət qaz balonunda ani alışma baş verib.

Nəticədə kafenin mətbəxinin lambirindən ibarət tavanı 24 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 657