Balakəndə 75 yaşlı piyadanı maşın vurub öldürüb


20:23     17 May 2020 20_05_17_1589732697.jpg

Balakəndə 75 yaşlı kişini maşın vurub öldürdü.

Femida.az -ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 154-cü kilometrliyində, Balakən rayonu Qullar kəndi ərazisində keçən hissəsində baş verib.
Balakən rayonu Mazımçay kənd sakini, 1959-cu il təvəllüdlü Məhəmməd Müslüm oğlu İbrahimov idarə etdiyi “Qaz 2705” markalı, 10 HH 718 dövlət nömrə nişanlı minik avtomobili ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağından soluna keçən piyada, Balakən rayonu Qullar kənd sakini 1945-ci il təvəllüdlü Cavadxan Tacəddin oğlu Şəkiliyivi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan C.Şəkiliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
C.Şəkiliyev xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən həyatını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1037