Maşın piyadanı vuraraq öldürüb - SABİRABADDA


10:12     18 May 2020 20_05_17_1589740256.jpg

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabirabad şəhəri H.Əliyev prospektində baş verib.

VAZ 2107 markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, 1984-cü il təvəllüdlü Mirzəliyev Elnur Xanış oğlunu vurub. Ağır kəllə-beyin travması alan yaralı Şirvan şəhər xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.



Açar sözlər:

Oxunub: 686