Bulvara girişi məhdudlaşdıran sədlər götürüldü - FOTO


00:17     18 May 2020 2020/05/IMG-20200518-WA0002_1589747700.jpg

Bakı bulvarında məhdudlaşdırıcı sədlər götürülüb.

Femida.az xəbər verir ki, saat 00:00-dab etibarən post patrul xidməti və bulvar idarəsinin əməkdaşları tərəfindən sədlər götürülüb.

Bununla də əhalinin bulvara giriş-çıxışı sərbəst olub. Karantin rejiminin yumşaldılmasından sonra əhali maksimum 10 nəfərlik qrupla bulvar ərazisində hərəkət edə bilər.

Qeyd edək ki, dənizkənarı milli parka giriş-çıxış 28 martdan etibarən qadağan edilmişdi.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #bulvar  

Oxunub: 973