Britaniyada son sutkada koronavirusdan 117 nəfər ölüb


10:50     18 May 2020 20_05_18_1589748594.jpg

Şimali İrlandiya istisna olmaqla, Böyük Britaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 117 nəfər artaraq 34636-ya çatıb.

Femida.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Krallığın Biznes, enerji və sənaye strategiyası naziri Alok Şarma bildirib.

Nazir qeyd edib ki, virusa yoluxanların sayı son sutkada 3142 nəfər artaraq 243303-ə yüksəlib.

O, əlavə edib ki, texniki problemlərə görə Şimali İrlandiya ötən gün ərzində statistik məlumatları vaxtında verə bilməyib.

Açar sözlər:

Oxunub: 628