Şəhriyar Məmmədyarov onlayn turnirdə dördüncü yeri tutdu


11:13     18 May 2020 2020/05/c71b3673-f592-4697-80d5-b7b3dce5c295_1589750514.jpg

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov onlayn "Steinitz Memorial" turnirində çıxış edib.

Femida.az -ın məlumatına görə, yarışda 10 qrossmeyster 2 dövrəlik mübarizə aparıb. Dünya çempionu Maqnus Karlsen 12 xalla 1-ci yeri tutub. Sonrakı iki yeri Rusiya təmsilçiləri tutub. Daniil Dubov 10 xalla 2-ci, Petr Svidler 9,5 xalla 3-cü olub. Məmmədyarov isə ABŞ şahmatçısı Cefferi Şonq və vyetnamlı Le Kuanq Lyomla birgə hərəyə 9 xalla 4 - 6-cı yerləri bölüşüb.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 30 min ABŞ dolları təşkil edib.

Açar sözlər:

Oxunub: 375