Bakıda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO


11:28     18 May 2020 20_05_18_1589778671.jpg

Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza 20 Yanvar dairəsi yaxınlığında, Müzəffər Həsənov küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Jeep" markalı avtomobilin qarşısına anidən orta yaşlı piyada kişi çıxıb.


Nəticədə avtomobil piyadanı vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Meyitin üzərinə ilkin baxış keçirilən zaman üzərindən şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmadığından ölən şəxsin kimliyini müəyyən etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 639