Gecə klubuna hücum: 18 ölü


23:12     04 Dekabr 2015 photo121.jpg

Misirin paytaxtı Qahirədə naməlum şəxslər gecə klubuna içərisində yandırıcı maddə olan qablar atıblar.


Bu barədə Femida.az “Reuters”-ə istinadən xəbər verir.

Yerli polisin verdiyi məlumata görə, hadisə nəticəsində 18 nəfər ölüb, daha beş nəfər yaralanıb.

Hadisə paytaxtın Aquza rayonunda baş verib.

Polisin sözlərinə görə, kluba hücum edən şəxslərdən biri ötən gün işdən çıxarılan klubun sabiq əməkdaşıdır.

Açar sözlər:

Oxunub: 924