Qaxda mağazalardan oğurluq edən keçmiş məhkum saxlanılıb


12:50     18 May 2020 2020/05/1589778308867_1N9hziD1_1589781762.jpeg

Qax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 3 mağazadan müxtəlif əşyaların və qadına məxsus əl çantasından pulun oğurlanması barədə müraciətlər daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a bildirilib ki, daxil olmuş müraciətlər əsasında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları edən şəxsin Ağdam şəhər sakini Yaqut İbrahimova olduğu müəyyənləşib.

O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Y. İbrahimovanın əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə dəfələrlə məhkum olunduğu və hazırda təqsirləndirilən şəxs kimi axtarışda olduğu məlum olub.


Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 675