Bulvarda bəzi qadağalar ləğv olunmayıb


13:35     18 May 2020 Baku_Bulvar12.JPG

Dənizkənarı Milli Parka giriş məhdudiyyəti aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları fəaliyyət göstərməyəcək.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, adları çəkilən qurğuların fəaliyyətinə qoyulan məhdudiyyət hələ ki, aradan qaldırılmayıb.

"Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək. Bulvarda yenə də xəbərdarlıq nişanları, məlumatlandırıcı lövhələr olacaq, mütəmadi dezinfeksiya işləri aparılacaq. Bir sözlə, Bakı Bulvarı sakinlərin səmərəli istirahətini təmin etməyə hazırdır. Ancaq vətəndaşlar da üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Fürsətdən istifadə edərək xahiş edirik ki, opreativ qərargahın təlimatlarına əməl etsinlər", - deyə məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 836