Karantin dövründə 36 milyondan çox icazə sms-i göndərilib
14:47 18 May 2020
Aprelin 5-dən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndən əməkdaşlar üçün icazənin alınması ilə bağlı 72 330 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 924 992 icazə faktiki qüvvədə olub.
Femida.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu müddətdə evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 36 milyon 184 min SMS göndərilib. SMS-lərin 99 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.
“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” bu müddətdə tam dayanıqlı və təhlükəsiz vəziyyətdə fəaliyyət göstərib.
Vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb. Mərkəzin əməkdaşları tərəfindən, ümumilikdə 500 000-dən çox vətəndaş müraciəti qəbul olunub.
Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması çərçivəsində mayın 18-dən yaşayış yerini SMS icazə sistemi ilə, icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilib.
“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” fəaliyyət göstərib. Sistem Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzı və Daxili İşlər Nazirliyi tərəfindən ərsəyə gətirilib.
Femida.az
Oxunub: 613
Oxşar xəbərlər
- Ağcabədi “ASAN Həyat” kompleksinin 1 ili - FOTOLAR
- Prezident Naxçıvanda “ASAN xidmət” binasının tikintisi ilə tanış olub
- "1 milyonluq əməliyyatı 190 min manata həyata keçirdik" - Ülvi Mehdiyev
- "ASAN xidmət" işçilərinin 40 faizi qadınlardır
- “ASAN xidmət”ə 5,7 milyon müraciət daxil olub
- “ASAN xidmət”in bu əməkdaşları təltif olundu
- “ASAN xidmət”in 36 əməkdaşı könüllü ordu sıralarına qoşuldu
- “Azərbaycan əsgəri, səninləyik” aksiyası - VİDEO+FOTOLAR
- Bu "ASAN xidmət"mərkəzləri şənbə-bazar işləməyəcək
- ABAD kimsəsiz və aztəminatlı ailələrin uşaqlarına antiseptiklər payladı - Fotolar