Cinayət törədən 26 nəfər saxlanılıb


14:59     18 May 2020 polis.jpg

Ötən gün ərzində törədilmiş 17 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə yeddi nəfər, o cümlədən borclu şəxs qismində axtarılan bir nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında üç ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə üç nəfər ölüb, iki nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 338