Rəsulzadənin nəvəsindən Paşinyana cavab


15:57     18 May 2020 20_05_18_1589803075.jpg

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı söylədiyi fikirlər əsassızdır.
Bunu Azvision.az -a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rəis Rəsulzadə deyib.

Onun sözlərinə görə, düşmən ölkənin rəhbəri ağlına gələni danışır: “Paşinyan babası haqqında yayılan fikirlərə görə, vəziyyətdən çıxmaq üçün yalanlar uydurur. Buna ən yaxşı cavabı arxiv sənədləri ilə Fransa Strateji Araşdırmalar İnstitutunun professoru Georgi Mamuliya verib. Sübuta yetirib ki, Nijde ilə Rəsulzadəni heç vaxt eyniləşdirmək olmaz. Araşdırmaçı alim yazmışdı ki, Nijdə nə ilə məşğul olub, Rəsulzadə hansı faəliyyəti göstərib. Suda batan çöpdən yapışdığı kimi Paşinyan da uydurmalara əl atır. Onun fikirləri qeyri-ciddi və tamamilə yalandır. Bunu arxiv sənədləri də sübut edir”.

Qeyd edək ki, Nikol Paşinyan Məhəmməd Əmin Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham edib.

Femida.az

Açar sözlər:

Oxunub: 591