Azərbaycanda 113 yeni koronavirusa yoluxma aşkarlanıb


17:22     18 May 2020 20_05_18_1589808213.jpg

Azərbaycanda 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 1 nəfər isə vəfat edib.


Femida.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Hazırkı dövrədək ölkəmizdə 3 387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 055 nəfər müalicə olunaraq sağalıb, 1 333 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 235 910 test aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 703