Oğuzda "QAZ-53" aşdı, xəsarət alanlar var


20:13     18 May 2020 2020/05/B98F68EE-292C-4BA4-AF01-CD2D2804474F_1589818624.jpeg

Oğuz rayonunda yol qəzası baş verib.

Femida.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Xaçmaz kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Altay Xanbala oğlu Həsənovun idarə etdiyi "QAZ-53" markalı yük avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onun sərnişini, Xaçmaz kənd sakini Canpolad Nəbi oğlu Nəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1042