Ədliyyə Nazirliyi: "Hüquqi və fiziki şəxslər büdcəyə 1,74 milyard manata yaxın vəsait ödəyib"


20:50     18 May 2020 trend_edliyye_nazirliyi_justice_ministry_album.jpg



Ötən il icraatda olmuş 861 mindən çox icra sənədinin 65 faizinin icrası təmin edilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu barədə mayın 18-də Ədliyyə Nazirliyində aidiyyəti nazir müavinləri Eldar Nuriyevin və Toğrul Musayevin, nazirliyin İcra və Probasiya xidmətlərinin və yerli qurumlarının, regional ədliyyə idarələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında keçirilən müşavirədə bildirilib.

Qeyd edilib ki, hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın vəsait ödətdirilib. Aliment tələbinə dair icra işləri üzrə isə tələbkar şəxslərə 143,5 milyon manat vəsait ödənilib.

İndiki pandemiya şəraitində vətəndaşların ədliyyə orqanlarına əlçatanlığı təmin edilərək borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə təmin edilməsi imkanı yaradılıb.

Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 3,200-dən çox şəxsə elektron qolbaq tətbiq edilib.

Həmçinin icra və probasiya xidmətlərinin kadr korpusunun komplektləşdirilməsi üzrə görülən tədbirlər, iş imkanlarının asanlaşdırılmasını təmin etmək üçün tətbiq olunan innovasiyaların əhəmiyyəti və bu işlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 3005