Goranboyda birmərtəbəli ev yanıb


21:12     18 May 2020 yangin_38673636.jpg

Goranboy rayonunun Qaradağlı kəndində yanğın olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 25 m² olan, dam örtüyü qamışdan ibarət birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 685