Abşeronda qadın 21 yaşlı gənci bıçaqladı


21:56     18 May 2020 bicaq.jpg

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Atyalı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Abdullayev Musa Rasim oğlu adı hələ məlum olmayan xanım tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 959