Azərbaycanlı deputat Qarabağda yaşayan ermənilərə müraciət etdi


11:46     19 May 2020 2019/12/tural_genceli_1576138338.jpg


“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər sırasında Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də var”.


Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Bəzi ermənilər Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına müraciət edərək bizimlə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun şəkildə bir yerdə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər. Həmin ermənilərə müraciət edərək bildirirəm ki, onlar özləri kimi rasional düşünən digər erməni sakinləri öz ətraflarında birləşdirməli və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birlikdə tezliklə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində birlikdə sülh şəraitində yaşamaq üçün hərəkətə keçməli, işğalçı Ermənistan qüvvələrini, işğalçı rejimin ordakı mövcudluğuna son qoymalıdırlar. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti son dövrlər qarşı tərəfdə qıcıq doğurur. Bu da təəccüblü deyil. Biz istər Ermənistan, istərsə də işğalçı rejimin təxribatçı bəyanatlarının şahidi olmuşuq”, - o vurğulayıb.

Femida.az

Açar sözlər: #Qarabağ  

Oxunub: 427