Saxlanılan şəxs polis bölməsindən qaçdı - Abşeronda


11:59     19 May 2020 polis.jpg

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.


Femida.az-ın Report-a istinadən xəbərinə görə, rayon ərazisində çoxsaylı mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Allahyarov polislər əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə aparılıb.

Polis Bölməsinin inzibati binasında R.Allahyarov nəzarətsiz qaldığı üçün pəncərədən həyətə düşərək qaçıb.

Hazırda bölmədən qaçan şəxsin axtarışları davam etdirilir.

Femida.az

Açar sözlər: #polis  

Oxunub: 766